İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Siyasi sahə

 

Qısa tarixi məlumat

 

Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələr 18 noyabr 1992-ci ildə yaradılmışdır.

 

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Azər Hüseyn Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2016-cı il tarixli Sərəncamı ilə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri isə Teymuraz Şaraşenidzedir (17.01.2011-ci ildən). 

 

Gürcüstan Prezidentinin fərmanına əsasən Zurab Pataradze 27 avqust 2018-ci il tarixindən Gürcüstanın Azəbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan  Respublikasının Batumi şəhərində Baş Konsulluğu təsis edilmişdir. Baş konsulluq 03.12.2010-cu ildə rəsmi fəaliyyətə başlamışdır.

 

10.09.2015-ildən etibarən Azərbaycan Respublikasının Batumi şəhərində Baş Konsulu vəzifəsinə Rəşad İsmayilov təyin edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 fevral 2018-ci il tarixli Sərəncamı ilə Pərviz Cəfər oğlu İsmayılzadə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdir.

 

Müqavilə hüquq bazası

 

Azərbaycan Respublikası ilə Gürcüstan arasında 104 sənəd imzalanmışdır.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti