"ASAN Viza" (e-Visa)

“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçiriləcəkdir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.

 

Qeyd: " Asan Viza " sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətlənmiş viza rəsmidirilməsi mümkündür.

 

“Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.01.2018-ci il tarixli, 1803 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunda edilmiş dəyişikliklər barədə məlumat

 

2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.

 

Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin ediləcəkdir.

 

Elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdiriləcəkdir. 

 

Elektron viza veriləcək olkələrin siyahısı:

 

  • Amerika Birləşmiş Ştatları
  • Albaniya Respublikası
  • Almaniya Federativ Respublikası
  • Andorra Knyazlığı
  • Argentjna Respublikası
  • Avstraliya Ittifaqı
  • Avstriya Respublikası
  • Belçika Krallığı
  • Baham Adaları Birliyi
  • Barbados
  • Boliviya Çoxmillətli Dövləti
  • Boliviya
  • Birləşrbiş Ərəb Əmirlikləri
  • Bəhreyn Krallığı
  • Bolqarıstan Respublikası
  • Bosniya və Herseqovina
  • Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
  • Braziliya Federativ Respublikası
  • Bruney-Darussalam
  • Cənub Afrika Respublikası
  • Çex Respublikası
  • Çili Respublikası
  • Çin Xaq Respublikası
  • Danimarka Krallığı
  • Estoniya Respublikası
  • Ekvador Respublikası
  • Əlcəzair Xalq Demokratik Respublikası
  • Finlandiya Respublikası
  • Fransa Respublikası
  • Hindistan Respublikası
  • Xorvtia Respublikası
  • İndoneziya Respublikası
  • İordaniya Haşimilər Krallığı
  • İran İslam Respublikası
  • İrlandiya
  • İslandiya Respublikası
  • İspaniya Krallığı
  • İsrail Dövləti
  • İsveç Krallığı
  • İsveçrə Konfederasiyası
  • İtaliya Respublikası
  • Kanada
  • Kipr Respublikası
  • Kolumbiya Respublikası
  • Когеуа Respublikası
  • Kosta-Rika Respublikası
  • Kuba Riespublikası
  • Küveyt
  • Qətər Dövləti
  • Qvatemala Respublikası
  • Latviya Respublikası
  • Litva Rbspublikası
  • Lixtenşteyn Knyazlığı
  • Lüksemburq Böyük Hersoqluğu
  • Honduras Respublikası
  • Maldiv Respublikası
  • Mavriki  Respublikası
  • Macarıstan
  • Makedoniya Respublikasi
  • Malayziya
  • Malta Respublikasi
  • Meksika Birləşmiş Ştatları
  • Mərakeş Krallığı
  • Monako Knyazlığı
  • Monteneqro
  • Monqolustan
  • Nepal federativ Demokratik Respublikasi
  • Niderland Krallığı
  • Norveç Krallığı
  • Oman Sultanlığı
  • Pakistan İslam Respublikasi
  • Peru  Respublikası
  • Panama Respublikasi
  • Polşa Respublikasi
  • Portuqaliya Respublikasi
  • Paraqvay 
  • Rumuniya
  • San Marino Respublikasi
  • Seyşel Adaları Respublikası
  • Serbiya Respublikasi
  • Səudiyyə Ərəbistanı Krallığı
  • Sinqapur Respublikasi
  • Slovakiya Respublikasi
  • Sloveniya Respublikasi
  • Şri Lanka Demokratik Sosialist Respublikasi
  • Uruqvay Şərq  Respublikası
  • Tailand Krallığı
  • Turkiyə Respublikasi
  • Türkmənistan
  • Muqəddəs Taxt-Tac (Vatikan)
  • Vyetnatam Sosialist Respublikasi
  • Yaponiya
  • Yeni Zelandiya
  • Yunanıstan Respublikasi
  • Yamayka
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti