03-04 may 2025-ci il tarixərində Batumi şəhərinin yaranmasının (Batumoba) 137-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə iştirak etmək məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov Batumi şəhərinə səfər etmişdir.

Sözügedən tədbirdə Acarıstan Muxtar Respublikasının rəsmi şəxsləri ilə yanaşı, Batumi ilə qardaşlaşmış şəhərlərin nümayəndələri də iştirak etmişlər.
Tədbirdə çıxış edən İ.Məmmədov, Naxçıvan şəhəri ilə Batumi şəhəri arasında mövcud olan qardaşlaşmış münasibətlərə toxunaraq, dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulamışdır. Tədbir çərçivəsində Gürcü tərəfinə Naxçıvan şəhər rəhbərliyi adından rəsm əsəri hədiyyə olunmuşdur.