news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 mart 2025

06.03.2025-ci il tarixdə, Gürcüstan Veteranları ilə məsələlər üzrə Dövlət Xidmətinin rəhbəri Koba Kobaladzenin və SOCAR Kulevi Qara Dəniz Terminalının rəhbəri İlqar Əlizadənin, həmçinin, Baş konsul F.Əzizovun da iştirakı ilə xidmətin Poti şəhərindəki nümayəndəliyində görüş keçirilmişdir. 

Daha sonra Poti şəhər meriyasında Gürcüstan Veteranları ilə məsələlər üzrə Dövlət Xidmətinə, SOCAR Kulevi Qara Dəniz Terminalı tərəfindən ofis avadanlıqları hədiyyə olunmuş və müvafiq memorandum imzalanmışdır.

Tədbirdən sonra, Poti şəhər meri Beka Vaçaradze və onun müavinlərinin iştirakları ilə daha geniş tərkibdə görüş keçirilmiş, müsahibələr verilmişdir.

Mer, qonaqları salamlamış və Baş konsulu yeni təyinatı ilə əlaqədar təbrik etmişdir. Həmsöhbət Azərbaycan tərəfinə göstərilən diqqət və dəstəyə görə öz minnətdarlığını bildirmişdir. 

Sonda tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə müzakirələr aparmışdır. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti