07 may 2018 –ci il tarixində Batumi şəhər Meriyasının aparatında Azərbaycanın Batumi səhərindəki Baş konsulu Pərviz İsmayılzadə və Batumi şəhərinin meri Laşa Komaxidze arasında görüş keçirilib.
Görüşdə L.Komaxidze Baş Konsul Pərviz İsmayılzadəni yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Baş Konsul Pərviz İsmayılzadə Bakının tarixi haqqında, ölkənin sosial-mədəni, iqtisadi inkişafından danışılıb, Bakıda və ölkəmizin digər regionlarında həyata keçirilən layihələr, genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verilib.
Baş konsul qeyd edib ki, Azərbaycan Respu blikasının Prezidenti cənab İlham Əliyevin siyasəti nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.
Baş konsul həmçinin, Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra hər iki region arasında siyasi, iqtisadi, turizm əlaqələrin inkişaf etdiyini vurğulayıb. Yaxın zamanda Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.