09.06.2025-ci il tarixdə Gürcüstanın Poti şəhərində yerləşən və Orta Dəhliz üçün strateji əhəmiyyət daşıyan “Poti TransTerminal” multimodal konteyner terminalının rəsmi açılışı olub.
09.06.2025-ci il tarixdə Gürcüstanın Poti şəhərində yerləşən və Orta Dəhliz üçün strateji əhəmiyyət daşıyan “Poti TransTerminal” multimodal konteyner terminalının rəsmi açılışı olub.
Yeni logistik mərkəz regionun tranzit və yükdaşıma potensialını əhəmiyyətli dərəcədə artıracaq. Terminalın layihələndirilməsi və müəllif nəzarəti Gürcüstan və Qazaxıstan tərəfindən etibarlı tərəfdaş kimi Azərbaycana həvalə olunub. Bu işləri Azərbaycan şirkəti — “INNOPRO” Qapalı Səhmdar Cəmiyyəti uğurla həyata keçirib.
Tədbirdə Gürcüstanın və Qazaxıstanın rəsmi şəxsləri, Azərbaycan və Xəzər hövzəsi üzrə digər ölkələrin nəqliyyat qurumlarını və şirkətlərini təmsil edən nümayəndələr, həmçinin parlament üzvləri və beynəlxalq logistik mütəxəssisləri iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər layihənin regional və beynəlxalq əhəmiyyətini xüsusi vurğulayıblar.