news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 avqust 2018

1 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikası Hökumətinin yeni təyin olunmuş Sədri Tornike Ricvadze ilə rəsmi görüş keçirmişdir.

Görüşdə Baş konsul Hökumət Sədrin T. Ricvadzenin yeni vəzifəyə təyin  olunması münasibəti ilə təbrik edib ona fəaliyyətində uğurlar arzulayib, həmçinin Batumidə olduğu qısa müddət ərzində şəhər və onun sakinlərinin isti və dostsevər münasibətlərindən məmnun qaldığını bildirmişdir.  

T.Ricvadze, öz növbəsində, minnatdarlığı bildirmişdir və qeyd etmişdir ki, ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və gələcək münasibətlərin inkişaf etdirilməsi üçün açıqdır. Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Baş konsul həmçinin Azərbaycan Respublikasının Naxçıvan şəhəri  və Gürcüstanın Batumi şəhəri arasında hər iki regionun siyasi, iqtisadi və turizm əlaqələrinin inkişaf etdiyini vurğulayıb. O cümlədən bronxial astmadan əziyyət çəkən uşaqların Naxçıvan Duzdağ Fizioterapiya mərkəzində pulsuz müalicəsinin təşkil edildiyini bildirib.

Hökumət sədri bildirmişdir ki, bu il sentyabr ayının 23-dən oktyabr ayının 6-dək Batumidə 2018-ci ilin Ümumdünya şahmat olimpiadası keçiriləcəkdir. T. Ricvadze həmçinin Naxçıvan Muxtar Respublikası ilə inkişaf edən sıx əməkdaşlığı qeyd etmiş, Naxçıvan şəhərinə birbaşa reyslərin yaradılması planları barədə danışmışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti