Cari ilin 11 aprel tarixində Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizov tərəfindən Batuminin Şota Rustaveli adına Dövlət Universitetinin tələbələrinə Azərbaycanın dövlətçilik ənənələri, həmçinin milli suverenliyi və hüquqi dəyərləri barədə mühazirə oxunmuşdur.

Qeyd olunmuşdur ki, hər bir dövlətin varlığını və gələcəyini müəyyən edən ən mühüm sənədlərdən biri onun konstitusiyasıdır. Bu sənəd, yalnız qanunların toplusu deyil, həm də cəmiyyətin dəyərlərini, idarəetmə prinsiplərini və insan hüquqlarını özündə birləşdirən əsas normativ-hüquqi aktdır və bu çərçivədə Azərbaycan üçün bu sənəd, uzun illərin tarixi və keçmişdən gələn çətinliklər fonunda müstəqilliyin hüquqi əsaslarını formalaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Baş konsul, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasının, milli iradənin və müstəqil dövlət qurmaq arzularının ən aydın ifadəsi olduğunu qeyd etmişdir. O, yalnız hüquqi sənəd olmaqla qalmadığını, eyni zamanda Azərbaycan cəmiyyətinin dəyərlərini, demokratik prinsiplərini və insan hüquqlarını özündə cəmləşdirən bir bünövrənin olduğunu bildirmişdir. F.Əzizov, Konstitusiyamızın prinsiplərinin və müddəalarının, ölkənin hüquqi və siyasi sisteminin inkişafında böyük rol oynadığını və gələcək nəsillərə örnək olduğunu auditoriyanın nəzərinə çatdırmışdır.