12.03.2025-ci il tarixdə, Baş Konsulluğun təşəbbüsü ilə Batumi Dövlət Dəniz Akademiyasının rektoru Murtaz Devadze ilə baş konsul Fuad Əzizov arasında Akademiyanın inzibati binasında görüş keçirilmişdir.

Görüşdə iki ölkə arasında müxtəlif mübadilə proqramlarının həyata keçirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin önəmi qeyd olunub. Həmçinin elmi əməkdaşlıq çərçivəsində səfərlərin təşkil olunması, müxtəlif görüşlərin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Baş konsul Fuad Əzizov səmimi qəbula görə qarşı tərəfə öz minnətdarlığını bildirdi və mövcud əlaqələrin daha da artacağının əminliyini vurğulamışdı.