news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 fevral 2025

13.02.2025-ci il tarixində Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Maya Hacişvili,  nazir müavini Zaur Axvlediani və Beynəlxalq və ictimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Tea Tçanturişvili ilə baş konsul Fuad Əzizov arasında qurumun inzibati binasında görüş keçirilmişdir. 

13.02.2025-ci il tarixində Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Maya Hacişvili,  nazir müavini Zaur Axvlediani və Beynəlxalq və ictimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Tea Tçanturişvili ilə baş konsul Fuad Əzizov arasında qurumun inzibati binasında görüş keçirilmişdir. Nazir Batumi şəhərinə Baş konsul vəzifəsinə təyin olunması ilə əlaqədar F.Əzizovu təbrik etmişdir. Baş konsul Fuad Əzizov səmimi qəbula görə qarşı tərəfə öz minnətdarlığını bildirmiş və təhsil, mədəniyyət və idman sahələrində mövcud olan əlaqələrin daha da artacağının əminliyini vurğulamışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti