19.03.2025-ci il tarixində Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı və dəstəyi ilə Batumi şəhərində Novruz bayramına həsr edilmiş tədbir keçirilib.
19.03.2025-ci il tarixində Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı və dəstəyi ilə Batumi şəhərində Novruz bayramına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Azərbaycan ictimaiyyətinin nümayəndələri, Batumidə yaşayan soydaşlarımız və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan baş konsul Fuad Əzizov çıxış edərək Novruz bayramının tarixi və mahiyyətindən danışıb. Bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının ən qədim dövrlərdən qoruyub saxladığı mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmişdir. Baş konsul Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, hər birinə öz xoş arzu və istəklərini vurğuladı.
Tədbir Baş Konsulluğun nəzdində fəaliyyət göstərən “Bazar Günü” məktəbinin şagirdlərinin çıxışları ilə davam etmişdir.
Sonda qonaqlar Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunub.