news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 may 2025

2025-ci il mayın 2-də Azərbaycan Respublikasının Gürcüstanıdakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və baş konsul Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Hökumət Sədri Sulxan Tamazaşvili və aparat rəhbəri Giorgi Tsintsadze ilə görüş keçirmişlər.

2025-ci il mayın 2-də Azərbaycan Respublikasının Gürcüstanıdakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və baş konsul Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Hökumət Sədri Sulxan Tamazaşvili və aparat rəhbəri Giorgi Tsintsadze ilə görüş keçirmişlər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu xüsusi vurğulanmışdır. Tərəflər iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə etmişlər. Acarıstan regionunda birgə layihələrin həyata keçirilməsi, turizm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əsas mövzulardan biri olmuşdur. Tərəflər qarşılıqlı anlaşma və dəstəyə əsaslanan münasibətlərin bundan sonra da inkişaf etdirilməsi üçün səylərin davam etdiriləcəyini ifadə etmişlər.
2025-ci il mayın 2-də Azərbaycan Respublikasının Gürcüstandakl fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və baş konsul Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Mədəniyyət naziri xanım Eliso Bolkvadze ilə görüş keçirmişlər. Görüş zamanı tərəflər Azərbaycan ilə Gürcüstan, xüsusilə də Acarıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmişlər. İki ölkənin zəngin mədəni irsi və bu sahədəki əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. Tərəflər gələcəkdə mədəniyyət sahəsində konkret layihələrin reallaşdırılması üçün lazımi tədbirlərin görəcəyini vurğulamışlar.

https://azertag.az/xeber/batumide_azerbaycan_ile_gurcustan_arasinda_emekdasligin_daha_da_genislendirilmesi_imkanlari_muzakire_olunub-3537559  

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti