21.01.2025-ci il tarixdə, Baş Konsulluğun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının Maliyyə və İqtisadiyyat naziri Caba Phutkaradze ilə baş konsul Fuad Əzizov arasında qurumun inzibati binasında nəzakət görüşü keçirilmişdir.

Nazir Batumi şəhərinə Baş konsul vəzifəsinə təyin olunması ilə əlaqədar F.Əzizovu təbrik etmiş və, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Baş konsul Fuad Əzizov səmimi qəbula görə qarşı tərəfə öz minnətdarlığını bildirdi və ölkələrimiz arasında mövcud əlaqələrin daha da artacağının əminliyini vurğulamışdır.