24.02.2025-ci il tarixdə, Baş Konsulluğun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin rəhbəri xanım Tinatin Zoidze ilə baş konsul Fuad Əzizov arasında qurumun inzibati binasında nəzakət görüşü keçirilmişdir.

Görüşdə ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi, əməkdaşlıq perspektivləri və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri geniş müzakirə olunmuşdur.
Baş konsul Fuad Əzizov səmimi qəbula görə qarşı tərəfə öz minnətdarlığını bildirdi və mövcud əlaqələrin daha da artacağının əminliyini vurğulamışdı.