27 dekabr 2018 il tarixində “Ayisi” otelində M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğun iştiraki ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Acarıstan Muxtar Respublikası Hökumətinin rəsmi nümayəndələri, SOCAR-Kulevi Qara Dəniz terminalının direktoru, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları, Azərbaycan və Gürcüstan ictimaiyyətinin və mətbuat nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda ziyafət verilmişdi.