27 yanvar 2025-ci il tarixində Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizov ilə Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) sədri Nəriman Qurbanov arasında görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında mövcud olan ticarət dövriyyəsinə böyük önəm verildiyi vurğulanıb, iqtisadi əlaqələrin genişlənməsində Azərbaycan şirkətlərinin rolu qeyd edilib və gələcək əməkdaşlıq istiqamətləri, investisiya, enerji və biznesə dəstək sahəsində əlaqələrin inkişafı imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, görüşdən sonra Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinə ziyarət təşkil edilib