news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 mart 2025

28.02.2025-ci il tarixdə, Baş Konsulluğun təşəbbüsü ilə Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan müftisi Hacı Adam Şantadze ilə baş konsul Fuad Əzizov arasında qurumun Batumi ofisində görüş keçirilmişdir.

Səmimi şəraitdə keçən görüş zamanı A.Şantadze GMİ-nin fəaliyyəti, hazırkı və gələcək layihələri barədə danışıb. Həmçinin Ramazan ayının gəlişi münasibəti ilə baş konsulu təbrik edərək martın 02-də təşkil olunacaq iftar süfrəsinə dəvət etmişdir.

Baş konsul Fuad Əzizov səmimi qəbula görə qarşı tərəfə öz minnətdarlığını bildirdi və mövcud əlaqələrin daha da artacağının əminliyini vurğulamışdı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti