news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 may 2025

29.04.2025-ci il tarixdə Gürcüstanın Ambrolauri şəhərinin meri Zviyad Mxeidze və birinci müavini David Qoqlidze ilə Baş konsul Fuad Əzizov arasında görüş keçirilmişdir.

29.04.2025-ci il tarixdə Gürcüstanın Ambrolauri şəhərinin meri Zviyad Mxeidze və birinci müavini David Qoqlidze ilə Baş konsul Fuad Əzizov arasında görüş keçirilmişdir.

İlk öncə mer, Batumi şəhərinə Baş konsul vəzifəsinə təyin olunması ilə əlaqədar F.Əzizovu təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Bundan başqa Z.Mxeidze, regionda fəaliyyət göstərən diplomatik nümayəndəliklər arasında ilk olaraq Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən ziyarət edildiyini vurğulamışdır. Buna görədə şəhər rəhbəri, F.Əzizova xüsusi olaraq təşəkkürünü ifadə etmişdir. 

F.Əzizov da öz növbəsində qarşı tərəfə təbrik və qəbula görə minnətdarlığını  bildirmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti