Mətbuat şərhi 18 iyul 2024

Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Acarıstan MR ərazisi (Batumi, Keda, Kobuleti, Xelvaçauri, Xulo, Şuaxevi), Quriya inzibati bölgəsi (Ozurqeti, Çoxatauri), Sameqrelo-Zemo Svaneti inzibati bölgəsi (Poti, Abaşa, Zuqdidi, Martveli, Mestia, Senaki, Xobi, Tsalendzixa, Çxorotsku), İmereti inzibati bölgəsi (Kutaisi, Tsxaltubo, Baqdadi, Vani, Zestafoni, Samtredia, Saçxere, Terjola, Tkibuli, Xaraqauli, Xoni, Çiatura), Raça-Leçxumi və Kvemo Svaneti inzibati bölgəsində (Lentexi, Oni, Tsaqeri) daimi və ya müvəqqəti yaşayan
18 yaşını tamamlamış

 

Azərbaycan Respublikası vətəndaşlarının NƏZƏRİNƏ!

 

2024-cü il 7 fevral tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcəkdir. Seçkilərdə iştirak etmək məqsədilə 18 yaşını tamamlamış, aktiv seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının adı seçicilər siyahısına daxil edilməlidir.

 

Baş Konsulluğun akkreditə dairəsndə yaşayan bütün vətəndaşlarımızdan seçicilər siyahısına qeydiyyata alınmaları üçün aşağıda qeyd olunan məlumatları: batumi@mission.mfa.gov.az elektron poçt ünvanına mümkün qısa müddət ərzində göndərmələri xahiş olunur:

 

- Soyad, ad, ata adı;

- Doğum tarixi;

- Daimi və ya müvəqqəti yaşadığı

və ya olduğu yerin ünvanı.

 

Diqqətinizə çatdırırıq ki, 28 dekabr 2023-cü il tarixinədək məlumatları
qeyd olunan elektron poçt ünvanına göndərməyən vətəndaşların
adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaqdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti