Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin yeni təyin olunmuş sədri Surxan Glonti ilə görüşü keçirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.
Görüş zamanı ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.
Baş konsul Rəşad İsmayılov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il iyunun 1-də Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında da qarşı tərəfə geniş məlumat verib.
Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına toxunan Baş konsul, Tbilisidə və Batumidə "Əli və Nino" bədii filminin gürcü dilində versiyasının premyerasından söz acaraq bu əlaqələrin Gürcüstan və Azərbaycan xalqlarının qədim dostluğunu tərənnüm edən bir tarix olduğunu bildirib.
Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin sədri Surxan Glonti də dost ölkə ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında turizm sahəsində münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin artırılmasının əhəmiyyətini vurğulayıb.