news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 iyun 2021

Bakı limanı və Batumi limanı arasında Orta Asiyadan gübrə tranzitinə dair Anlaşma Memorandumu imzalanmışdır

11 iyun  2021-ci il tarixində Acarstan MR-in Batumi şəhərində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə Batumi Multimodal Terminalını idarə edən “Wondernet Express Investment Qroup” arasında Anlaşma Memorandumu imzalanmışdır. Sənədə əsasən hər iki qurum Orta Asiyadan ixrac olunan karbamid, kükürd və s. gübrələrin daşınmasının operativliyi təmin edəcəklər.  Bunun üçün də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) inşasına başlanmış Gübrə Terminalı və Batumidə bu gün istismara verilmiş və gübrə daşınması üçün nəzərdə tutulan Multimodal Terminalı arasında operativliyin artırılması məqsədilə yük və vaqon məlumatlarının dəqiq formada ötürülməsi üçün rəqəmsal əlaqənin qurulması barədə  razılaşdırılmışdır. Eyni zamanda, Tərəflər, Asiya və Avropa arasındakı Orta Dəhlizin potensialını artırmaq məqsədilə nəqliyyat, logistika və məlumat mübadiləsi sahəsindəki əməkdaşlığı da genişləndirmək niyyətindədirlər.

Tədbirdə, iki qurum arasında imzalanan Anlaşma Memorandumu regionda dəyişən ticarət və logistika tendensiyalarına və müasir tələblərə tam cavab verəcəyi qeyd edilmişdir. Orta Asiyada Türkmənistan, Özbəkistan və Qazaxıstanın birgə illik istehsalı 6,6 milyon tondan çoxdur. Təkcə Türkmənistanda, Xəzər dənizinin şərq sahillərində bu yaxınlarda istifadəyə verilmiş “Qaraboğaz Gübrə Zavodu”-da karbamidin illik istehsal gücü 1,2 milyon tondan çoxdur ki, bu məhsulun da 90 %-dən çoxu  ixrac olunmaqdadır. Bakı Limanının inşa etdirdiyi Gübrə Terminalı və Batumi Limanının açılışı Gübrə Terminalı ildə təxminən 2.5 milyon ton yük daşımaq potensialına malik olacaqlar ki, bu da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların artmasına ciddi təsir göstərəcəkdir.”

Anlaşma Memorandumunu Bakı Limanının Liman Əməliyyatları Departamentinin müdiri Yucin Sih (Eugene Seah)  və Batumi Multimodal Terminalın sahibi “Wondernet Express İnvestment Group” MMC-nin Baş direktoru Mamuka Murjikneli imzalamışdır.

Açılış mərasimində, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, Acarıstan MR Maliyyə və İqtisadiyyat naziri Jaba Putkaradze, AR-in Batumi şəhərindəki Baş konsulu P.İsmayılzadə və digər rəsmi şəxslər iştirak etmişlər.   

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti