Baş konsul Fuad Əzizov Türkiyə-Gürcüstan Biznes Şurasının prezidenti ilə görüş keçirmişdir
Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş konsulu cənab Fuad Əzizov cari ilin dekabr ayının 24-də DEIK Türkiyə-Gürcüstan Biznes Şurasının və Gürcüstanın Beynəlxalq İnvestorlar Assosiasiyasının prezidenti cənab Osman Çalışkan ilə görüşüb. Qəbula görə minnətdarlığını bildirən Osman Çalışkan F.Əzizovu Batumiyə baş konsul vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib və gələcək işlərində ona uğurlar arzulayıb.
Görüş zamanı mövcud ticarət-iqtisadi münasibətlər və investisiya imkanları müzakirə olunub. Həmçinin bildirilib ki, ölkələr arasında münasibətlər bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir.
Görüşün sonunda F.Əzizov qonağa onu ziyarət etdiyinə görə təşəkkür etdi və işində uğurlar arzuladı.