news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 aprel 2016

Batumi şəhərindəki Baş Konsulluğunda Batumidəki Azərbaycan İcmasının nümayəndələri ilə görüş

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunda Batumidəki Azərbaycan İcmasının nümayəndələri ilə görüş kecirilmişdir.

Azərbaycanın Batmidəki baş konsulu Rəşad İsmayılov çıxış edərək son günlər Ermənistanın təxribatı nəticəsində qoşunların təmas xəttində baş vermiş hadisələrdən söhbət açmışdır. Baş konsulun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atmışdır.

Gürcüstanda yaşayan azərbaycanlıların dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu bildirən Rəşad İsmayılov diasporun daha fəal olması üçün Azərbaycan dövlətinin lazım olan bütün dəstəyi verdiyini və bundan sonra da verəcəyini bildirib.

Sonra, Acariya  Gürcü-Azərbaycan Xeyriyyə  Cəmiyyətinin sədri Vidadi Axundov çixiş etmiş, Azərbaycanın Batumidəki  İcmasının nümayəndələrinin bu görüşü yüksək qiymətləndirdiyini və azərbaycançılıq naminə bundan sonra da fəal mübarizə aparacaqlarını bildiriblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti