news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 oktyabr 2019

Cari ilin sentyabr ayının 30-da Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Batumi şəhərində “Şeraton” mehmanxanasında Azərbaycan Diplomatik Xidmətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tədbirdə Batumi şəhərin vitse-merləri xanım Leyla Surmanidze, xanım Sofa Xolvaşı, İranın Baş konsulu Ahmad Badpa, SOCAR-Batumi heyətinin rəhbəri, Kulevi QDT direktoru, Azərbaycan və Gürcü ictimaiyyətlərinin nümayəndələri iştirak ediblər.

Mərasim iki dövlətin dövlət himnlərinin səslənməsi ilə başlamışdır.

Mərasimin açılış nitqində Baş Konsul Pərviz İsmayılzadə bildirmişdir: “Azərbaycan diplomatıyasının 100-cü ildönümü deyəndə 1919-cu ilin 9 iyulunda dövlətimizin peşəkar diplomatik xidmətinin yaranmasının təməlini qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair qərarın qəbul edilməsindən ötən dövri nəzərdə tuturuq. 101 il əvvəl, 1918-ci il mayın 28-də Tiflisdə Müsəlman Şərqində ilk Demokratik Respublikasının yaradılmasını bəyan edən Müstəqillik Bəyannaməsi qəbul edilmişdir. Azərbaycan Demokratik Respublikasının özünün parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları mövcud idi”.

Baş Konsul P.İsmayilzadə onu da qeyd etdi ki, həmin dövrdə ADR-in müxtəlif şəhərlərdə, o cümlədən, Batumidə Diplomatik Nümayəndəliyi açılmış, 1918-ci ilin iyun ayının 4-də ADR ilə Osmanlı imperiyası arasında "Sülh və dostluq haqqında" müqavilə məhz Batumi şəhərində imzalanmışdır və 1896-cı il tarixində Bakı-Batumi ilk neft kəmərinin Batumidən Xaşuriyə qədər olan hissəsinin inşası başlamış və uzunluğu 835 km olan xətt boyu tikinti yalnız 1906-cı ildə tamamlanmışdır.

Baş Konsul çıxışında Ümummilli Liderimiz Heydər Əliyevin 1918-1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyəti tarixinə xüsusi diqqətlə yanaşdığını, onun fərmanı əsasında Azərbaycan xarici siyasət sənədləri toplusu da daxil olmaqla ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlətinə aid bütün sənədlərin nəşr edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bu tarixi fakt əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı elan edilmişdir.Bu qərar Möhtərəm Prezidentimizin Azərbaycanın diplomatik xidmətinə və onun əməkdaşlarına göstərdiyi diqqət və qayğısının nümunəsidir. Azərbaycanın peşəkar diplomatik xidməti ötən 100 il ərzində şərəfli yol keçmişdir. Xüsusilə, müstəqilliyimizin bərpasından sonra Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və milli maraqlarımıza uyğun xarici siyasətin həyata keçirilməsinə başlanmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası uğurla davam etdirilir.  

Baş Konsul Azərbaycan və Gürcüstan – tərəfdaş ölkə olduğunu, əsrlər boyu dostluq və qardaşlıq münasibətlərində yaşadığını, bir-birilərinə yaxından köməklik etmiş, sevincli və kədərli anlarında həmişə bir-birinə dəstək olduğunu vurğulamışdır.

Batumi şəhərin vitse meri Leyla Surmanidze öz növbəsində Azərbaycan Diplomatik Xidmətinin 100 illik münasibətilə təbrik etdi. O, qeyd etdi ki, Gürcüstan və Azərbaycanın qarşılıqlı dəstəyə ehtiyacları var, çünkü mövcüd olan mürəkkəb siyasi və iqtisadi şəraitdə ancaq qarşılıqlı yardım və əməkdaşlıq vasitəsilə çətinliklərin aradan qaldırılması və qarşıda duran problemlərin həll olunması mümkün olacaq. Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq çoxəsrlik tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulmuşdur. Hal-hazırda, münasibətlərimiz yüksək səviyyədə inkişaf edir və bölgədə beynəlxalq təhlükəsizlik, nəqliyyat və enerji, eləcə də humanitar məsələlər ilə bağlı planlaşdırılan müxtəlif layihələrdə öz əksini göstərir. Vitse mer məmnuniyyətlə qeyd etdi ki, Acarıstan turizm, biznes və humanitar əlaqələr sahəsində Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində fəal rol oynayir. Çıxışın sonunda, bir daha Azərbaycan Diplomatik Xidmətinin 100 illik münasibətilə təbrik etdi və sülh, firavanlıq və rifah arzuladı.

Mərasim əsnasında Bakı Media Mərkəzinin tərəfindən hazırlanan Əbədi Ezamiyyət sənədli filmi nümayiş etdirilmişdir.

Mərasim rəsmi ziyafətlə davam etmişdir.

Batumidə keçirilmiş tədbir və Baş Konsulun müsahibəsi “Ajara TV” və “TV 4” telekanallarında nümayiş olunub.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti