Mətbuat şərhi 26 dekabr 2024

Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda təyyarə qəzası ilə əlaqədar başsağlığı kitabı açılmışdır

Cari ilin 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazisində 26 dekabr tarixi matəm günü elan olunub.

Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluqda cari ilin 26 dekabr (saat 10:00-13:00 və saat 15:00-18:00) və 27 dekabr (saat 10:00-13:00 və saat 15:00-18:00) tarixlərində başsağlığı kitabı açılıb.

Eyni zamanda başsağlığı qeydləri elektron qaydada batumi@mission.mfa.gov.az e-mail vasitəsilə də qəbul ediləcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti