news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 iyun 2012

Naxçıvanda astma xəstəliyindən müalicə almış gürcü uşaqlarla görüş keçirilib

Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən astma xəstəliyindən iki həftə ərzində Naxçıvan Muxtar Respublikasında müalicə almış gürcü uşaqlarla görüş keçirilib. Görüşdə Acarıstan Muxtar Respublikasının səhiyyə naziri Temur Qabaidze, nazir müavini Tamaz Karanadze, valideynlər və yerli mətbuat nümayəndələri iştirak ediblər.

Temur Qabaidze çıxış edərək astma xəstəliyindən əziyyət çəkən uşaqların Naxçıvan Muxtar Respublikasında müalicə aldıqdan sonra səhhətlərinin yaxşılığa doğru irəlilədiyini bildirib. O qeyd edib ki, astma xroniki xəstəlik olduğundan onun müalicəsi tam mümkün olmasa da, Naxçıvan MR-də ən müasir metodlar tətbiq olunur və müalicə qəbul edən uşaqlar göstərilən qayğıdan çox razı qalıblar.

Görüşdə, həmçinin valideynlər və uşaqlar çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova və bu işdə köməyi olan insanlara dərin təşəkkürlərini bildiriblər və aldıqları müalicənin müsbət təsir göstərdiyini qeyd ediblərlər.

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Hüseyn Nəcəfov uşaqları salamlayaraq müalicələrinin ilk mərhələsinin uğurlu keçməsinin sevindirici hal olduğunu qeyd edib. Nəcəfov bunun iki dost ölkə arasında olan əlaqələrin genişlənməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun diqqəti nəticəsində həyata keçdiyini bildirib. Baş konsul aparılan müalicənin nəticəsində uşaqların sağlamlığının tam şəkildə bərpa olunmasını arzulayıb.

Mərasim "TV 25" və "Ajara TV" telekanalları tərəfindən işıqlandırılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti