05 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Fuad Əzizov ilə Acara TV və Radio İctimai Yayımın direktoru İrakli Kikvadze arasında görüş keçirilmişdir.
05 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Fuad Əzizov ilə Acara TV və Radio İctimai Yayımın direktoru İrakli Kikvadze arasında görüş keçirilmişdir.
Görüş zamanı baş konsul Fuad Əzizov İrakli Kikvadzeni Acara TV və Radio Kanalının direktoru vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik etmiş, ona bu məsul vəzifədə və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Baş konsul media sahəsində obyektivliyin və peşəkarlığın əhəmiyyətini vurğulamış Acara TV və Radio kanalının regionda mühüm informasiya mənbəyi kimi rolunu qeyd etmişdir.
İrakli Kikvadze göstərilən diqqət xoş sözlərə görə təşəkkürünü bildirmişdir. O, rəhbərlik etdiyi Acara TV və Radio kanalının fəaliyyəti barədə məlumat verərək, qurumun müasir texniki imkanlara malik olduğunu və müstəqil media prinsipləri əsasında fəaliyyət göstərdiyini qeyd etmişdir. Daha sonra əməkdaşlıqdan məmnunluğunu ifadə etmiş, bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlı olduğunu xüsusi ilə vurğulamışdır.
Görüş qarşılıqlı hörmət, səmimi fikir mübadiləsi və gələcək əməkdaşlıq niyyətlərinin ifadə olunması şəraitində keçmiş və qarşılıqlı təşəkkürlə yekunlaşmışdır.