18 fevral 2026-cı il tarixində Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin direktoru İvane Abashidze ilə AR-ın Batumi şəhərindəki baş konsulu Fuad Əzizov arasında Agentliyin inzibati binasında görüş keçirilmişdir.

Tərəflər liman infrastrukturlarının modernləşdirilməsi, multimodal daşımaların optimallaşdırılması, rəqəmsal sənəd dövriyyəsinin tətbiqi və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulamışlar.
Görüşün sonunda qeyd edilmişdir ki, dəniz nəqliyyatı və tranzit-logistika sahəsində qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi regionun iqtisadi təhlükəsizliyinə və beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsinə mühüm töhfə verəcəkdir.