news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 may 2016

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu ölkədə səfərdə olan azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşüb.

Görüşdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Şərq-Qərb enerji dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin inkişaf perspektivləri, investisiya qoyuluşu, ticarət dövriyyəsinin artırılması, energetika, nəqliyyat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

G. Kvirikaşvili Gürcüstanın enerji layihələrinə cəlb olunması, eləcə də qaz və digər problemlərin həllində göstərdiyi diqqət və qayğıya görə Azərbaycana minnətdarlığını bildirib, əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində A. Rasizadə bildirib ki, iki ölkənin həyata keçirdiyi layihələr əhəmiyyətini yüksək qiymətləndirir: "Bu layihələr həm dövlət müstəqilliyimizin möhkəmlənməsində, həm də iqtisadi əlaqələrimizin güclənməsində, eləcə də beynəlxalq nüfuzumuzun artmasında mühüm rol oynayır".

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti