QDİƏT Parlament Məclisinin 53-cü Hüquqi və siyasi məsələlər üzrə və 52-ci İqtisadi, texnologiya və ekoloji məsələlər üzrə komitə iclasları
Mayın 14-15-də Gürcüstanın Batumi şəhərində QDİƏT Parlament Məclisinin 53-cü Hüquqi və siyasi məsələlər üzrə və 52-ci İqtisadi, texnologiya və ekoloji məsələlər üzrə komitə iclasları keçirilir.
Milli nümayəndə heyətinin rəhbəri, Hüquqi və siyasi məsələlər üzrə komitənin sədr müavini, deputat Eldar Quliyev “Ombudsman institutunun demokratiyanın möhkəmləndirilməsində rolu” mövzusunda çıxış edib. Deputat çıxışı zamanı Xocalı soyqırımını xüsusilə qeyd edib, orada yaşayan, vəhşicəsinə qətlə yetirilən, əlil olan, itkin düşən insanların hüquqlarının tapdalanması mövzusuna toxunub.
İclasda, həmçinin İqtisadi komitənin üzvü, deputat Əflatun Amaşov "Yaşıl iqtisadiyyat. Mavi artım" mövzusunda çıxış edib.
Deputatlar çıxışlardan sonra müxtəlif mövzulara həsr olunan müzakirələrdə iştirak ediblər.
Tədbirdə Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə də iştirak edib.