R.İsmayılov Acarıstan Muxtar Respublikasının İqtisadiyyat və Maliyyə naziri ilə görüşdü
Cari ilin 20 sentyabr tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılov Ramaz Bolkvadzeni Acarıstan Muxtar Respublikasının İqtisadiyyat və Maliyyə naziri təyin olunması münasibəti ilə təbrik etmişdir. Baş konsul bildirmişdir ki, Gürcüstan ilə qarşılıqlı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərindən biridir. Görüşdə hər iki tərəf arasındakı sıx əlaqələr və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olması vurğulanmışdır.