R.İsmayılov yeni təyin olunmuş Acarıstan Muxtar Respublikası Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri ilə görüşdü
Cari ilin 19 sentyabr tarixində Baş konsul Rəşad İsmayılov yeni təyin olunmuş Acarıstan Muxtar Respublikası Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Levan Gorgiladze ilə tanışlıq görüşü keçirdi.
Görüş zamanı Azərbaycan və Acarıstan arasında səhiyyə sahəsindəki mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişafı perspektivləri müzakirə olundu. R.İsmayılov Naxçıvan və Acarıstan MR-ləri arasında səhiyyə sahəsindəki olan proqramın gələcəkdə daha da genişləndirilməsi mövzusunda söhbət etdi. Həmçinin, Baş konsul yeni təyin olunmuş nazirə Azərbaycanda fəaliyyət göstərən müalicə mərkəzləri barədə ətraflı məlumat verdi və gələcəkdə bu müalicə mərkəzləri ilə Acarıstanda fəaliyyət göstərən müalicə mərkəzləri arasında əlaqələrin yaradılmasıni və bu əlaqələrin inkişaf etdirilməsini vurğuladı. Bununla yanaşı, L.Gorgiladze Baş Konsulla Acarıstan MR-də fəaliyyət göstərən müalicəvi istirahət zonaları barədə ətraflı məlumat verdi.