news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 aprel 2016

R.İsmayılovun Kutaisi şəhərinin Meri ilə görüşü olub

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılov Baş konsulluğun konsulluq dairəsinə daxil olan İmereti regionunun mərkəzi, Gürcüstanın ikinci böyük şəhəri, Kutaisi şəhərinə səfər etmişdir.

Səfər zamanı Baş konsul Kutaisi şəhərinin Meri Şota Murgulia ilə görüş keçirmişdir. Səmimi şəraitdə keçən görüş zamanı Baş konsul Respublikamızda aparılan daxili və xarici siyasət, dost və qonşu Gürcüstanla ikitərəfli münasibətlər barədə cənab Merə ətraflı məlumat vermişdir.

Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Gürcüstanın Kutaisi şəhərinin qardaşlaşmış şəhər olduğu qeyd edən Baş Konsul iki şəhər arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulamışdır.

Kutaisi şəhərinin Meri ətraflı məlumatlar üçün təşəkkürünü bildirmiş və öz növbəsində Kutaisi şəhərinin tarixi, qədim mədəniyyət abidələri, qədim məskənləri, turistik əraziləri haqqında geniş məlumat vermişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti