SOCAR-ın prezidenti və Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Batumi şəhərinə səfər etmişlər
Batumi şəhərində qısamüddətli səfərdə olan Milli Məclisin üzvü, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn Batumi şəhərindəki Baş Konsulluğun yeni inzibati binasında olmuşlar.
Baş konsul Rəşad İsmayılov qonaqlara konsulluğun tələblərinə uyğun yenidənqurma işləri, binada aparılmış təmir işləri, yaradılan şərait barədə məlumat vermişdir.
Binanın birinci mərtəbəsində xalqımızın ümummilli lideri, Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən fotoguşə yaradılmışdır.
Bina ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilmişdir.