news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 aprel 2022

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılsın.
  2. Müəyyən edilsin ki, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
  3. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 683, 692, № 7, maddələr 2 868, 882, № 8, maddə 974, № 9, maddə 1079, № 10, maddə 1191, № 12, maddələr 1514, 1524; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 fevral tarixli 52 nömrəli və 5 mart tarixli 71 nömrəli qərarları) 1.1-ci bəndində “may” sözü “iyul” sözü ilə əvəz edilsin.
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789; 2021, № 5, maddə

504, № 6 (IV kitab), maddələr 662, 673, № 7, maddə 884, № 10, maddə 1197, № 12, maddə 1532; 2022, № 1, maddə 78; 2022-ci il 4 aprel tarixli 131 nömrəli və 14 aprel tarixli 152 nömrəli qərarları) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin: 4.1. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin: “2.3. Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə tövsiyə edilir.”; 4.2. 3.3-cü, 12.2-ci, 12.9-cu, 5.1-ci bəndlər, 5.1.1-5.1.5-ci və 9.1.1-ci yarımbəndlər ləğv edilsin; 4.3. 6.2-ci bənddən “, həmçinin tibbi maskası olmayan sərnişinlərə maska təqdim edilir” sözləri çıxarılsın; 4.4. 7.2-ci bənddən “tibbi maskalardan istifadə,” sözləri çıxarılsın; 4.5. 9.2.1-ci, 10.1.1-ci və 10.2.1-ci yarımbəndlərdən “maska, eynək,” sözləri çıxarılsın.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1205; 2021, № 9, maddə 1074) ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 5.1. 4.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin: “4.2.4. iş prosesində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tövsiyə edilir.”; 5.2. 4.1.5-ci, 4.3.1-ci, 4.4.3-cü, 4.4.4-cü, 4.4.6-cı, 4.10.4-cü yarımbəndlər və 6.3-cü bənd ləğv edilsin; 3 5.3. 4.9.4-cü yarımbəndə “etməli, əlcək və tibbi maska taxmalıdır” sözləri “etməlidir” sözü ilə əvəz edilsin.
  2. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182, № 12, maddələr 1514, 1533, 1543; 2022, № 1, maddələr 61, 80; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 fevral tarixli 40 nömrəli, 5 mart tarixli 71 nömrəli və 14 aprel tarixli 152 nömrəli qərarları) 2.5-3.5-ci bəndi ləğv edilsin.
  3. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 660; 2021, № 5, maddə 530, № 10, maddə 1197) ləğv edilsin.
  4. Bu Qərar 2022-ci il 1 may tarixindən qüvvəyə minir.

                                                                                                                                         Əli Əsədov

                                                                                                                        Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 22 aprel 2022-ci il

№ 171

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti