news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 aprel 2018

Türkiyə Respublikasında fəaliyyət göstərən “İmperial” xəstəxanasının Batumi şəhərində filialının açılış mərasimi keçirilib.

14.04.2018-ci il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə “Divan” oteldə keçirilən “İmperial” xəstəxanasının Batumi şəhərindəki filialının açılışında iştirak etmişdir.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Sağlamlıq və Sosial Müdafiə naziri Zaal Mikeladze, Türkiyə Respublikasının Batumi şəhərindəki Baş konsul vəkili Oğuzhan Gönültaş, “İmperial” xəstəxanasının rəhbəri Hüseyn Qoç və digər hökumət nümayəndələri iştirak etmişlər.

Açılış mərasimində rəmzi qırmızı lent Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə və digər rəsmi qonaqlar tərəfindən kəsilmişdir.

Qeyd etmək lazımdı ki, “İmperial” xəstəxanası 11 ildən artıqdır ki, Türkiyənin Trabzon şəhərində fəaliyyət göstərir.

           

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti