news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 dekabr 2024

Türkiyənin Batumi şəhərindəki baş konsulu ilə keçirilmiş nəzakət görüşünə dair

Cari ilin 23 dekabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə Türkiyənin Batumi şəhərindəki baş konsulu Adnan Altay Altınörs ilə Baş konsul Fuad Əzizov arasında nəzakət görüşü keçirilmişdir.

F.Əzizov, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsinə təyin edildiyini bildirmiş və ilk olaraq qardaş Türkiyə Respublikasının Batumi şəhərindəki Baş konsulluğuna baş çəkməsinin məmnunluğunu ifadə etmişdir.

Baş konsul A.Altınörs öz növbəsində F.Əzizova təşəkkürünü bildirmiş, Azərbaycanlı həmkarını təyinatı ilə əlaqədar təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzu etmişdir.

 A.Altınörs yaxın vaxtlarda qarşılıqlı nəzakət görüşünün keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğuna gələcəyini bildirmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti