Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Batumi şəhərində yerləşən Nobel Qardaşları Muzeyində anım tədbiri təşkil olunmuşdur.
05 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Batumi şəhərində yerləşən Nobel Qardaşları Muzeyində anım tədbiri təşkil olunmuşdur.
Tədbirdə Acarıstan Acarıstanın Mədəniyyət naziri Eliso Bolkvadze, Acarıstan Müxtar Respublikasının Muzeylər Birliyinin direktoru Teona Zoidze, Türkiyə Respublikasının Batumidəki baş konsulu v.i.e Banu Terzicioğlu və diplomatik heyəti, Batumidə fəaliyyət göstərən diaspor təşkilatı “Mirzə Fətəli Axundov adına Gürcü və Azərbaycanlıların Acarıstan Muxtar Respublikasındakı Xeyriyyə Cəmiyyəti"nin sədri Rövşən Namazov, ARDNŞ-ın Batumi nümayənədliyinin rəhbəri Səfər Əli-zadə, ARDNŞ-ın Kulevi Qara Dəniz Neft Terminalının rəhbəri İsmayıl Kərimov və kollektivi, yerli əhalinin təmsilçiləri, regionda yaşayan azərbaycanlılar, təhsil alan tələbələr, eləcə də icma nümayəndələri və digər qonaqlariştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan Acarıstan Müxtar Respublikasının Muzeylər Birliyinin direktoru Teona Zoidze bü cür təşəbbüslər nəticəsində iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf edərək xalqlarımızın ortaq dəyərlərinin dünyaya tanınmasında böyük rolu olduğunu vurğulamışdır. Daha sonra Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və Azərbaycanın inkişaf strategiyasındakı müstəsna rolundan bəhs etmişdir. Qeyd olunmuşdur ki, onun uzaqgörən neft strategiyası və “Əsrin müqaviləsi” ölkənin qlobal enerji bazarında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Tədbir çərçivəsində yayımlanan videoçarxda “Dörddəbir əsr: Əsrin müqaviləsi” mövzusu çərçivəsində region ölkələrinin, xüsusilə Gürcüstan nümayəndələrinin fikirləri və müsahibələri yer almış, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Əsrin müqaviləsinin regional əməkdaşlıq və enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanmışdır. Həmçinin Nobel qardaşlarının regionda neft sənayesinin inkişafındakı fəaliyyəti və texnoloji yeniliklərini əks etdirən sənədli material təqdim olunmuşdur.
Sonda iştirakçılar muzeydə nümayiş olunan tarixi eksponatlar və arxiv materialları ilə yaxından tanış olmuş, tədbirin tarixi yaddaşın qorunması və Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulamışlar.
https://ajaratv.ge/news/160656-heidar-alievis-103-tslistavisadmi-midzghvnili-ghonisdzieba-dzmebi-nobelebis-sakhelobis-batumis-teqnologiur-muzeumshi