Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
Q Ə R A R
Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılsın.
- Müəyyən edilsin ki, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
- “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 683, 692, № 7, maddələr 2 868, 882, № 8, maddə 974, № 9, maddə 1079, № 10, maddə 1191, № 12, maddələr 1514, 1524; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 fevral tarixli 52 nömrəli və 5 mart tarixli 71 nömrəli qərarları) 1.1-ci bəndində “may” sözü “iyul” sözü ilə əvəz edilsin.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789; 2021, № 5, maddə
504, № 6 (IV kitab), maddələr 662, 673, № 7, maddə 884, № 10, maddə 1197, № 12, maddə 1532; 2022, № 1, maddə 78; 2022-ci il 4 aprel tarixli 131 nömrəli və 14 aprel tarixli 152 nömrəli qərarları) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin: 4.1. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin: “2.3. Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə tövsiyə edilir.”; 4.2. 3.3-cü, 12.2-ci, 12.9-cu, 5.1-ci bəndlər, 5.1.1-5.1.5-ci və 9.1.1-ci yarımbəndlər ləğv edilsin; 4.3. 6.2-ci bənddən “, həmçinin tibbi maskası olmayan sərnişinlərə maska təqdim edilir” sözləri çıxarılsın; 4.4. 7.2-ci bənddən “tibbi maskalardan istifadə,” sözləri çıxarılsın; 4.5. 9.2.1-ci, 10.1.1-ci və 10.2.1-ci yarımbəndlərdən “maska, eynək,” sözləri çıxarılsın.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1205; 2021, № 9, maddə 1074) ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 5.1. 4.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin: “4.2.4. iş prosesində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tövsiyə edilir.”; 5.2. 4.1.5-ci, 4.3.1-ci, 4.4.3-cü, 4.4.4-cü, 4.4.6-cı, 4.10.4-cü yarımbəndlər və 6.3-cü bənd ləğv edilsin; 3 5.3. 4.9.4-cü yarımbəndə “etməli, əlcək və tibbi maska taxmalıdır” sözləri “etməlidir” sözü ilə əvəz edilsin.
- “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182, № 12, maddələr 1514, 1533, 1543; 2022, № 1, maddələr 61, 80; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 fevral tarixli 40 nömrəli, 5 mart tarixli 71 nömrəli və 14 aprel tarixli 152 nömrəli qərarları) 2.5-3.5-ci bəndi ləğv edilsin.
- “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 660; 2021, № 5, maddə 530, № 10, maddə 1197) ləğv edilsin.
- Bu Qərar 2022-ci il 1 may tarixindən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 22 aprel 2022-ci il
№ 171