Baş konsul

Azərbaycan Respublikasının

Batumi şəhərindəki

Baş Konsulu Pərviz İsmayılzadənin tərcümeyi-halı

 

Təvəllüdü:

  • 10 sentyabr 1970-ci il, Bakı şəhəri.

Əmək fəaliyyəti:

  • 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir;
  • 1993-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təyinat almışdır;
  • 1996-2000-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində attaşe vəzifəsində çalışmışdır;
  • 2000-2004-cü illərdə AR XİN-in Dövlət Protokolu idarəsində üçüncü, ikinci və birinci katib vəzifələrində çalışmışdır;
  • 2005-ci ildə AR-in BƏƏ-dəki səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmişdir;
  • 2006-2010-cu illərdə AR-in BƏƏ-dəki səfirliyinin Dubay şəhərindəki konsulluq ofisinin rəhbəri vəzifəsində çalışmışdır;
  • 2010-2012-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin imtiyazlar və immunitetlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır;
  • 07.2012-29.01.2018-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş Konsulu vəzifəsində çalışmışdır;
  • 02.2018-ci il tarixindən Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu vəzifəsinə təyin olunmuşdur;

 

Təltifləri:

  • Roma Papasının Azərbaycan Respublikasına səfərinin təşkil edilməsinə görə ümummilli lider H.Əliyev tərəfindən təşəkkürnamə;
  • Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməl qoyulma mərasiminin təşkil edilməsinə görə ümummilli lider H.Əliyev tərəfindən təşəkkürnamə;
  • “Böyük İpək Yolu” Dövlət Başçılarının Sammitinin təşkil edilməsinə görə AR Xarici İşlər Naziri tərəfindən təşəkkürnamə;
  • YUNESKO-nun Bakıda keçirilmiş tədbirinin təşkil edilməsinə görə AR Xarici İşlər Naziri tərəfindən təşəkkürnamə.

 

İngilis və rus dillərini bilir.

Evlidir, 2 övladı var.

 

Arxiv üzrə axtarış