İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
SİYASİ SAHƏ
Qısa tarixi məlumat
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələr 18 noyabr 1992-ci ildə yaradılmışdır.
1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Azər Hüseyn Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2016-cı il tarixli Sərəncamı ilə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri isə Teymuraz Şaraşenidzedir (17.01.2011-ci ildən).
Gürcüstan Prezidentinin fərmanına əsasən Zurab Pataradze 27 avqust 2018-ci il tarixindən Gürcüstanın Azəbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Batumi şəhərində Baş Konsulluğu təsis edilmişdir. Baş konsulluq 03.12.2010-cu ildə rəsmi fəaliyyətə başlamışdır.
10.09.2015-ildən etibarən Azərbaycan Respublikasının Batumi şəhərində Baş Konsulu vəzifəsinə Rəşad İsmayilov təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 fevral 2018-ci il tarixli Sərəncamı ilə Pərviz Cəfər oğlu İsmayılzadə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdir.
Gürcüstanın Azərbaycan Respublikasının Gəncə şəhərində Baş Konsulluğu 12.12.2013-cü il tarixdə rəsmi fəaliyyətə başlamışdır. Gürcüstanın Azərbaycan Respublikasının Gəncə şəhərində Baş Konsulu vəzifəsinə Mamuka Balavadze təyin olunmuşdur.
Yüksək səviyyəli qarşılıqlı səfərlər (2004-cü ildən etibarən)
Dövlət başçıları
6-7 mart 2012-ci il | Prezident M.Saakaşvilinin rəsmi səfəri; |
29 iyun 2012-ci il | Prezident M. Saakşvilinin işgüzar səfəri; |
27-28 fevral 2013-cü il | Prezident M.Saakaşvilinin rəsmi səfəri; |
12-13 fevral 2014-cü il | Prezident G.Marqvelaşvilinin rəsmi səfəri; |
06 may 2014-cü il | Prezident İ.Əliyevin işgüzar səfəri; |
06 noyabr 2015-ci il | Prezident İ.Əliyevin işgüzar səfəri; |
Hökumət başçıları
16 iyul 2012-ci il | Baş Nazir İ.Merabişvilinin səfəri; |
26 dekabr 2012-ci il | Baş Nazir B.İvanişvilinin rəsmi səfəri; |
17 noyabr 2013-cü il | Baş Nazir A.Rəsi-zadənin işgüzar səfəri; |
16-17 dekabr 2013-cü il | Baş Nazir İ.Qaribaşvilinin isgüzar səfəri |
11-12 sentyabr 2014-cü il | Baş Nazir İ.Qaribaşvilinin rəsmi səfəri; |
20 sentyabr 2014-cü il | Baş Nazir İ.Qaribaşvilinin isgüzar səfəri; |
10 oktyabr 2015-ci il | Baş Nazir İ.Qaribaşvilinin isgüzar səfəri; |
Parlament sədrləri
6-8 iyul 2014-cü il | Gürcüstan Parlamentinin sədri D.Usupaşvilinin səfəri |
13 iyul 2014-cü il | Milli Məclisin sədri O.Əsədovun isgüzar səfəri; |
26-27 iyul 2015-ci il | Milli Məclisin sədri O.Əsədovun isgüzar səfəri; |
Nazirlər
18-19 mart 2013-cü il | Nazir M.Pancikidzenin rəsmi səfəri |
28 mart 2013-cü il | Nazir E.Məmmədyarovun işgüzar səfəri; |
18-19 fevral 2014-cü il | Nazir M.Pancikidzenin işgüzar səfəri; |
8-9 sentyabr 2014-cü il | Nazir M.Pancikidzenin işgüzar səfəri; |
19-20 fevral 2015-ci il | Nazir E.Məmmədyarovun rəsmi səfəri; |
20-21 oktyabr 2015-ci il | Nazir G.Kvirikaşvilinin işgüzar səfəri; |
Parlamentlərarası əlaqələr
Gürcüstan Parlamentində Gürcüstan-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Zurab Txemaladze.(01 oktyabr 2012-ci il parlament seçkilərindən sonra 2013-cü ilin mart ayında Gürcüstan Parlamentində 35 deputatdan ibarət Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılmışdır;
Müqavilə hüquq bazası
Azərbaycan Respublikası ilə Gürcüstan arasında 104 sənəd imzalanmışdır.