news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 aprel 2026

09.04.2026-cı il tarixində AR-in Batumi şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Batumi şəhərində yerləşən Şota Rustaveli adına Batumi Dövlət Universitetinin və Grigol Robakidze adına Universitetin  tələbələri ilə  görüş keçirilmişdir.

09.04.2026-cı il tarixində AR-in Batumi şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Batumi şəhərində yerləşən Şota Rustaveli adına Batumi Dövlət Universitetinin və Grigol Robakidze adına Universitetin  tələbələri ilə  görüş keçirilmişdir.

          Tədbirin əsas məqsədi Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin tələbə gənclər arasında təbliği, turizm, şəhərsalma və beynəlxalq əməkdaşlıq sahələrində mövcud imkanlar barədə məlumatlandırmanın artırılması, həmçinin tələbələrin gələcək peşə fəaliyyətlərinə töhfə verəcək praktik bilik və təcrübə ilə tanış edilməsindən ibarət olmuşdur.

           Baş konsul çıxışında 06 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana həyata keçirdiyi rəsmi səfərin nəticələrinə geniş toxunmuşdur. Bildirilmişdir ki, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidze ilə birgə mətbuat bəyanatı iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirmişdir. Bu baxımdan, sözügedən tələbə görüşünün məhz bu səfərdən dərhal sonra təşkil olunması gənclər səviyyəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

          Tədbir interaktiv formada davam etdirilmiş, tələbələri maraqlandıran suallar baş konsul tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Müzakirələr zamanı tələbələrin Azərbaycan haqqında məlumatlılıq səviyyəsinin artırılması, gələcək əməkdaşlıq imkanları və birgə layihələrin perspektivləri geniş şəkildə müzakirə olunmuşdur.

Sonda iştirakçılarla xatirə şəkli çəkdirilmiş, görüş qarşılıqlı məmnunluq və yüksək əhval-ruhiyyə şəraitində başa çatmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti