17 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Batumidəki baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Ali Şurasının yeni seçilmiş sədri Tsotne Ananidze ilə görüş keçirib.
17 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Batumidəki baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Ali Şurasının yeni seçilmiş sədri Tsotne Ananidze ilə görüş keçirib.
Görüşdə baş konsul Fuad Əzizov, vitse-konsul Məhbubə Namazova, həmçinin Acarıstan tərəfdən sədr müavini Ramaz Jintcharadze və Ali Şuranın üzvü Fati Khalvashi iştirak ediblər.
Görüş zamanı Tsotne Ananidze baş konsulu səmimi salamlayaraq məmnunluğunu ifadə edib və Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişaf perspektivlərini yüksək qiymətləndirib.
Öz növbəsində Fuad Əzizov Tsotne Ananidzeni Acarıstan Muxtar Respublikasının Ali Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. O, regionlararası iqtisadi, humanitar, mədəni və parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Baş konsul, eyni zamanda, iki region arasında daha sıx və səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyətini xüsusi qeyd edib.
Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib. Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.
Sonda görüş qarşılıqlı məmnunluq şəraitində başa çatıb.