news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 mart 2026

Gürcüstanın Batumi şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri təşkil olunmuşdur.

Gürcüstanın Batumi şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Batumidəki baş konsulu Fuad Əzizov 31 Mart soyqırımının tarixi mahiyyəti, bu faciənin Azərbaycan xalqının yaddaşında buraxdığı dərin izlər, eləcə də XX əsrin əvvəllərində xalqımıza qarşı törədilmiş kütləvi qırğınlar və deportasiyalar haqqında ətraflı məlumat vermişdir.

Daha sonra tədbir çərçivəsində “31 Mart – Anın Tarixi” adlı film-hekayə nümayiş etdirilmişdir.

Anım tədbirində Baş Konsulluğun əməkdaşları, ARDNŞ Batumi nümayəndəliyinin və Kulevi Neft Teminalının  təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri və şəhərdə yaşayan həmvətənlərimiz iştirak etmişlər. Tədbir iştirakçıları 31 Mart soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad etmişlər.

Sonda soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

https://azertag.az/xeber/batumide_soyqirimi_gunu_ile_bagli_31_mart___anin_tarixi_adli_film_numayis_etdirilib-4097775

31 მარტიაზერბაიჯანელთა გენოციდის დღედაუვიწყარი ტრაგედია, წარუშლელი მოგონება

 

 https://tv12.ge/31-მარტი-აზერბაიჯანელთა-/

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti