17.02.2026-cı il tarixində Kobuleti Bələdiyyəsinin meri İrakli Çeçxladze birinci müavini Gela Qoqitidze ilə birlikdə Azərbaycan Respublikasının Batumidəki baş konsulu Fuad Əzizov ilə görüş keçirmişdir.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq perspektivlərini, turizm, mədəni-humanitar və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, eləcə də tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi yollarını müzakirə etmişlər. Qarşılıqlı maraq doğuran layihələr üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.
Baş Konsulluq tərəfindən qeyd olunan məsələlərin diqqətdə saxlanılacağı və əməkdaşlığın inkişafı istiqamətində zəruri addımların atılacağı bildirilmişdir.