02.03. 2026-cı il tarixində Sarp Sərhəd Qapısında Türkiyə-Gürcüstan Dostluq Süfrəsi iftar proqramı təşkil olunmuşdur.
02.03.2026 cı il tarixində Sarp Sərhəd Qapısında təşkil olunan Türkiyə–Gürcüstan Dostluq Süfrəsi iftar proqramında Türkiyə Respublikasının Artvin valisi cənab Dr. Turan Ergün, Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri cənab Dennis Salukvadze, Maliyyə və İqtisadiyyat naziri cənab Ednar Nataridze, Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu cənab Fuad Əzizov, Türkiyənin Batumi şəhərindəki baş konsul müavini xanım Banu Terzioğlu, Beynəlxalq Daşıyıcılar Assosiasiyasının və Xarici İqtisadi Əlaqələr Şurasının nümayəndələri, eləcə də Sarp Sərhəd Qapısında fəaliyyət göstərən gömrük əməkdaşları iştirak etmişlər.