news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 fevral 2026

26 fevral 2026-cı il tarixində Gürcüstanın Batumi şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının Baş Konsulluğunda 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra baş konsul Fuad Əzizov çıxış edərək Xocalıda baş vermiş faciənin tarixi-siyasi mahiyyəti, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və mülki əhaliyə qarşı törədilmiş misilsiz vəhşiliklər barədə ətraflı məlumat vermişdir.

Baş Konsulluğun inzibati binasında Azərbaycan Respublikasının Dövlət Bayrağı yarıya qədər endirilmiş, Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

https://tv12.ge/wp-content/uploads/2026/02/xojali-1.jpg

https://azertag.az/xeber/batumide_xocali_soyqiriminin_qurbanlari_anilib-4044491

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti