10 fevral 2026-cı il tarixində Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Muxtar Respublikasındakı Polis Departamentində işgüzar görüş keçilirilmişdir
10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Fuad Əzizov və Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Muxtar Respublikasındakı Polis Departamentinin rəisi, polis polkovniki Georgi Buxraşvili ilə Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Muxtar Respublikasındakı Polis Departamentində işgüzar görüş keçirilmişdir.
Görüş zamanı baş konsul Fuad Əzizov Georgi Buxraşviliyə sıx iş qrafikinə baxmayaraq görüşün təşkilinə görə təşəkkürünü bildirmiş, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi baxımından bu cür görüşlərin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Öz növbəsində polis polkovniki Georgi Buxraşvili görüşdən məmnunluğunu ifadə etmiş, Acarıstanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərlə münasibətlərin normal səviyyədə olduğunu, Azərbaycana və xalqımıza xüsusi hörmət bəslədiyini vurğulamışdır.
Görüş qarşılıqlı təşəkkür və gələcək əməkdaşlıq niyyətlərinin ifadə olunması ilə başa çatmışdır.