news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 may 2026

14 may 2026-cı il tarixində Acarıstan Muxtar Respublikasının Hökumət sədri Zurab Pataradze ilə görüşə dair.

14 may 2026-cı il tarixində Acarıstan Muxtar Respublikasının Hökumət sədri Zurab Pataradze, Batumi şəhərinin meri Giorgi Tsintsadze, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov arasında keçirilən rəsmi görüşdə Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının iqtisadi və regional əməkdaşlıq baxımından əhəmiyyəti xüsusi vurğulanmışdır.

Görüş zamanı tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, logistika və tranzit imkanlarının genişləndirilməsi, turizm və nəqliyyat sahələrində yeni layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etmişlər. Xüsusilə Bakı–Batumi aviareyslərinin ilboyu fəaliyyət göstərməsi, əlavə nəqliyyat marşrutlarının açılması  qeyd olunmuşdur

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti