news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 fevral 2026

Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğu tərəfindən 27 fevral 2026-cı il tarixində Batumi şəhərində fəaliyyət göstərən Orta Cami məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

          Tədbirin məhz məsciddə təşkili şəhidlərimizin ruhuna duaların oxunması, dini ayinlərin icra olunması və mərasimə xüsusi mənəvi çalar verilməsi məqsədi daşımışdır. Anım mərasimi çərçivəsində Quran-i Kərimdən ayələr tilavət edilmiş, Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunmuş, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

          Mərasimdə Baş Konsulluğun əməkdaşları, Batumidə yaşayan Azərbaycan icmasının üzvləri, dini icma nümayəndələri və yerli ictimaiyyət təmsilçiləri iştirak etmişlər.

          Məsciddə keçirilən anım mərasimi həm soydaşlarımız arasında milli həmrəyliyin gücləndirilməsinə, həm də Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.

https://azertag.az/xeber/batumideki_orta_cami_mescidinde_xocali_soyqirimi_qurbanlarinin_xatiresi_yad_edilib-4047063

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti